5 noyabr 2026. Cümə axşamı

Sumqayıt ikinci oyununun vaxtını açıqladı


Sumqayıt ikinci oyununun vaxtını açıqladı

Antalyada təlim-məşq toplanışında olan "Sumqayıt" yanvarın 18-i növbəti yoxlama oyununu keçirəcək.

Corner.az klubun saytına istinadən xəbər verir ki, komanda Rumıniyanın “Politexnika İaşi” klubu ilə üz-üzə gələcək. Bələk bölgəsindəki “Topkapı” otelinin stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə 16:30-da start götürəcək.

Qeyd edək ki, "Gənclik şəhəri" təmsilçisi ilk yoxlama oyununda Macarıstanın "Kaposvar" klubuna 3:4 hesabı ilə uduzub.







Misli Premyer liqa