5 noyabr 2026. Cümə axşamı

Sabah'ın Kaysar'la oyununun vaxtı bilindi


Sabah'ın Kaysar'la oyununun vaxtı bilindi

Türkiyənin Antalya vilayətinin Belek bölgəsində təlim-məşq toplanışında olan “Sabah”ın Qazaxıstan “Kaysar”ı ilə yoxlama oyununun vaxtı müəyyənləşib.

Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, oyun yanvarın 19-da, yerli vaxtla saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) Belekdəki “Fanatik” futbol meydançasında keçiriləcək.

Qeyd edək ki, "Sabah" bundan əvvəlki yoxlama matçlarında  “Akademika Klinçeni" (Rumıniya) ilə qolsuz bərabərə qalıb, “Pakş”a (Macarıstan) 0:2 hesabı ilə uduzub.







Misli Premyer liqa