21 aprel 2026. Çərşənbə axşamı

Sərgilədiyimiz oyuna görə şadam - Sopiç


Sərgilədiyimiz oyuna görə şadam - Sopiç
"Sabah”ın baş məşqçisi Jelko Sopiç Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində Qazaxıstanın “Kaysar” klubuna qarşı keçirdikləri yoxlama oyunu barədə fikirlərini bildirib.

Corner.az xəbər verir ki, xorvatiyalı mütəxəssis 3:1 hesabıyla qalib gəldikləri görüşü belə şərh edib:
 
“Bu gün sərgilədiyimiz oyuna görə şadam. Ona görə yox ki, qalib gəldik. Yoxlama oyunlarında nəticə vacib deyil. Əsas odu ki, bu gün yaxşı oyun sərgilədik. Rəqibə fərqlənmək üçün çox az şans verdik. Oyundan-oyuna inkişaf edirik. Ancaq qarşıdakı oyunlarda əldə etdiyimiz şanslardan daha yaxşı yararlanmalıyıq. İlk hissədə bir neçə real qol fürsətini boşa verdik. Rəqib isə əlinə düşən azsaylı fürsətlərin birindən yararlandı.
 
Ümumi götürsək, oyunumuzdan razı qaldım. Gənc futbolçularımızın bu cür oyunlarında təcrübə qazanması da sevindirici məqamdı”.






Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”