16 mart 2026. Bazar ertəsi

Mirabdulla Abbasov ilin futbolçusu seçildi


Mirabdulla Abbasov ilin futbolçusu seçildi

Azərbaycan yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Mirabdulla Abbasov “Futbol+” qəzetinin keçirdiyi ənənəvi sorğuda 2018-ci ilin ən yaxşı oyunçusu seçilib.

Corner.az xəbər verir ki, ötən gün yekunlaşan sorğuda paytaxt klubunun futbolçusu 228 xalla bütün rəqiblərini qabaqlayıb.

İkinci yeri millimizin və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedev tutub - 207 xal. İlk üçlüyü isə Medvedevin komanda yoldaşı Qara Qarayev tutub – 148 xal.

Sorğuda 170 respondent iştirak edib. Onların arasında Premyer Liqa klublarının baş məşqçiləri və kapitanları, futbol funksionerləri, veteranlar, hakimlər və jurnalistlər yer alıblar. Respondentlər 10 namizəd arasından 3 ən yaxşı futbolçunu seçməli olublar.

Abbasov geridə qalan il ərzində “Neftçi”nin heyətində Premyer Liqa çərçivəsində 10 qola imza atıb. 23 yaşlı futbolçu bu ilin noyabr ayında Azərbaycan yığmasında debüt matçına çıxıb.(komanda.az)

Səsvermənin bütün nəticələri:

1. Mirabdulla Abbasov (228 bal)
2. Maksim Medvedev (207)
3. Qara Qarayev (148)
4. Mahir Mədətov (99)
5. Təmkin Xəlilzadə (80)
6. Emin Mahmudov (67)
7. Riçard Almeyda (58)
8. Araz Abdullayev (45)
9. Kamran Ağayev (35)
10. Ruslan Qurbanov (3).







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi