5 noyabr 2026. Cümə axşamı

Keşlə Arsenal'a uduzdu


Keşlə Arsenal'a uduzdu

Bu gün “Keşlə” Antalyada növbəti yoxlama oyununa çıxıb.

Corner.az xəbər verir ki, Tərlan Əhmədovun başçılıq etdiyi komanda Rusiyanın “Arsenal” klubu ilə qarşılaşıb. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, "Keşlə" ilk oyunda  Almaniyanın aşağı liqa klubu “Zvikau”ya 1:4 hesabı ilə uduzub. Komanda Antalyadakı son oyununu yanvarın 24-də Slovakiyanın “Zemplin” klubuna qarşı keçirəcək.

22 yanvar

“Keşlə” – “Arsenal” (Rusiya) - 1:2
Qol
: Aleksandr Kristavao, 70.







Misli Premyer liqa