22 iyun 2026. Bazar ertəsi

Qəbələ daha bir sponsorunu açıqladı


Qəbələ daha bir sponsorunu açıqladı

Ötən ilin sonu “Jalə” brendi ilə sponsorluq anlaşmasına imza atan “Qəbələ” İdman Klubu ölkəmizin daha bir tanınmış markası ilə əməkdaşlığa start verir.

Corner.az xəbər verir ki, bu haqda klubun rəsmi Feysbuk səhifəsi məlumat yayıb.

“Süd məhsulları istehsalında lider marka olan “Milla” brendi artıq komandamızın titul sponsorudur. “Qəbələ” İdman Klubu ilə “Milla” arasındakı sponsorluq razılaşması 2020-2021-ci illəri əhatə edir. Razılaşmaya əsasən əsas komandamızın oyun formalarının ön hissəsində “Milla” brendinin logosu əks olunacaq.

2011-ci ildən fəaliyyət göstərən “Milla” brendi böyük təcrübəyə malik kollektiv, keyfiyyətli xammal, ən son emal qablaşdırma texnologiyaları və dünya səviyyəli keyfiyyətə nəzarət sistemlərinin tətbiqi ilə istehlakçılarına təbii süddən hazırlanmış məhsulları təklif edir. 2020-ci ildə "Milla" markası bir çox yeniliklər ilə müştərilərini sevindirməyə davam edəcək” – deyə məlunmatda bildirilib.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı