21 aprel 2026. Çərşənbə axşamı

Sabahla 7-ci duel


Sabahla 7-ci duel

Azərbaycan Premyer Liqasının III dövrəsinə fevralın 1-də start verəcək “Zirə” mövsümün ikinci yarısına “Sabah”la qarşılaşma ilə başlayacaq.

Corner.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, iki komanda arasında 7-ci matç olacaq. İlk dəfə ötən mövsüm üz-üzə gələn rəqiblərin duelləri “qartallar” üçün uğurlu başlamayıb. İlk üç qarşılaşmada komanda debütanta uduzub. Mövsümün son matçında böyük hesabla qalib gələn “Zirə” uduzmamaq ənənəsini cari çempionatda davam etdirib. İlk yarıdakı hər iki qarşılaşma qollu heç-heçələrlə başa çatıb. Son üç dueldən xalsız ayrılmayan “Zirə” bu görüşlərdə meydanı qolsuz tərk etməyib.

Ümumiyyətlə, 1 qələbə, 2 heç-heçə və 3 məğlubiyyəti olan komandamız 7 qol vurub, 9-nu buraxıb. Evdəki 3 oyunda 1 heç-heçəsi olan “qartallar” 2 dəfə uduzub. Top fərqi qonaqların xeyrinədir – 1:5.

Hərəyə 3 qol vuran rəqib oyunçuları Marko Deviçlə Amadu Diallodur. “Zirə”nin heyətində əvvəlki görüşlərin ən yaxşı bombardirləri hərəyə iki qollar Nicat Süleymanovla Xulio Sezar Rodrigezdi.

Qeyd edək ki, fevralın 1-də Zirə İdman Kompleksinin stadionunda keçiriləcək “Zirə” - “Sabah” matçı saat 15:00-da başlayacaq







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
“Səhvlərə göz yummaq olmaz”
  • Misli Premyer liqa
  • 22:52 18.04.2026
“Səhvlərə göz yummaq olmaz”