7 may 2026. Cümə axşamı

Avrokubok barədə fikirləşmirik - Zaur Həşimov


Avrokubok barədə fikirləşmirik - Zaur Həşimov

"Qış fasiləsində müəyyən qədər transferlər etdik. Bu gün 5 yeni futbolçumuz meydanda idi. Oyunumuzun daha da yaxşılaşması üçün vaxt lazımdır. Nəticə bizi qane etdi. Əsas odur ki, 3 xal qazandıq".

Corner.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi  Zaur Həşimov Azərbaycan Premyer Liqasının 15-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, Şafik Tiqrucanın heyətdə olmamasının səbəbi ilə bağlı verilən sualı belə cavablandırıb: "Onun olmamağı rəqabətlə bağlı deyildi. Rəqibin orta xəttindəki oyununa görə belə qərar qəbul etmişdik ki, müdafiəyəmeylli futbolçularımız daha çox olsun".

Z.Həşimov 4-cü pilləyə yüksəlmələri ilə bağlı deyib: "Avrokubok zonası barədə fikirləşmirik. Qarşımıza belə məqsəd qoymuşuq ki, hər oyuna maksimum güclə yanaşaq. Oyundan oyuna yanaşırıq". (qol)







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi