7 may 2026. Cümə axşamı

Dabonun elə hərəkət etməsi normaldır - Füzuli Məmmədov


Dabonun elə hərəkət etməsi normaldır - Füzuli Məmmədov

"Neftçi"nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 15-ci turunda  “Sumqayıt”la oyundan (1:1) sonra mətbuat konfransı keçirib. Corner.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Çox gərgin oyun oldu. Belə gərginliyin olacağını öncədən də bilirdik. Komandanı buna hazırlamışdıq. Bir səhv oyunun taleyini dəyişdi. Məcbur olduq ki, planımızdan çıxaq. Ancaq sonradan etdiyimiz dəyişikliklər, futbolçuların əzmkarlığı komandanı məğlubiyyətdən qurtardı. “Neftçi” “Neftçi”dir. “Neftçi” hər oyuna qələbə üçün çıxmalıdır.

- Rəqib müdafiənizi çox asan yarırdı…

- Azlıqda qalanda çətin olur. Rəqibin sürətli futbolçuları var. 10 nəfərlə qaldıqda komandaya güc çox düşür. Müdafiəçilərimiz bu gün fədakarlıq etdilər.

- Orta xəttlə hücuma baxanda müdafiədə keyfiyyətin çatışmadığını demək olar?

- Xeyr, deməzdim. Oyunda hər zaman güc orta xəttə düşür. Futbolçularımı anlayıram. Onlara zaman lazımdır ki, tələbləri istədiyimiz vaxtda yerinə yetirsinlər.

- Oyundan sonra Baqali Dabonu çağırdınız, ancaq o, paltardəyişmə otağına yollandı.

- Dabonun elə hərəkəti oldu. Ancaq bu, normaldır. Matçdan sonra futbolçular aqressiv olur. Biz də Dabonun üzərinə çox getməməliyik. Dabo əvvəlkindən daha istəklidir. Bu, məni sevindirir. Ancaq o hərəkətlərə gələndə, qalib gələ bilməyəndə futbolçularda aqressiya olur. Azarkeşlərimizə də təşəkkür edirəm. Bu gün bizi dəstəklədilər. Onlara tərəf getmək istəyirdik, ancaq onlar məyusluqla meydanı tərk etdikdən sonra geri qayıtdıq.

- İki mərkəz müdafiəçiniz qalıb. “Qarabağ”la oyunda bu, problem olmayacaq?

- Yox, belə düşünmürəm. "Qarabağ”la oyunda Mbodj meydanda olacaq.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi