21 aprel 2026. Çərşənbə axşamı

Ovusu mənə Reynaldonu xatırladır – Rəşad Sadıqov


Ovusu mənə Reynaldonu xatırladır – Rəşad Sadıqov

“Qarabağ”ın müdafiəçisi Rəşad Sadıqov komandanın qanalı yeni hücumçusu Ovusu Kvabena barədə fikirlərini bildirib.

Corner.az azerisport.com-a istinadən xəbər verir ki, Ağdam klubunun kapitanı deyib:

“Onun oyunu mənə Reynaldonu xatırladır. O, driblinqi, rəqibin sıx müdafiəsini yarmaq bacarığı ilə braziliyalıya oxşayır. Komandaya uyğunlaşır. Amma əlbəttə ki, ona vaxt lazımdır. Biz hər şeyi edirik ki, Ovusu tam şəkildə komandaya, şəhərə və çempionata adaptasiya ola bilsin. İnanıram ki, o, “Qarabağ”ın ən yaxşı transferlərindən olacaq”.

Xatırladaq ki, “Qarabağ” Ovusunu İspaniyanın “Leqanes” klubundan transfer edib. Onunla 3,5 illik müqavilə imzalanıb.







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab