24 oktyabr 2024. Cümə axşamı

Komandaya yeni hücumçu qoşulacaq - Elmar Baxşıyev


Komandaya yeni hücumçu qoşulacaq - Elmar Baxşıyev

“Təlim-məşq toplanışından sonra çempionatda ilk oyunumuz idi. İki fərqli hissə izlədik".

Corner.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Premyer Liqanın 15-ci turunda bu gün "Keşlə" ilə keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, 1:2 hesablı məğlubiyyəti belə şərh edib: "İlk yarıda komanda şəklində istədiyimiz bir az alınmadı. Komanda toplanışda gördüyümüz oyunu ikinci hissədə göstərməyə başladı. Bunun səbəbi ilk oyun olmasıdır. Ola bilər ki, yoldaşlıq görüşləri ilə rəsmi matçlar arasında bir az fərq var. Ona görə bunu həyəcanla əlaqələndirərdim. İnanırıq ki, komanda qışa qədər göstərdiyi futbolu nümayiş etdirməyə davam edəcək. Premyer Liqanın ən gənc komandasıyıq. Heyətimiz əsasən akademiyanın yetirmələrindən qurulub. Biz komandaya inanırıq. Daha da yaxşı oyun göstərib qələbələr qazanacağıq. Çempionatda mümkün qədər yüksək yer tutmağa çalışacağıq. Kuboka hələ çox var bu haqda düşünmürük”.

Baxşıyev heyətin yeni futbolçu ilə gücləndirilə biləcəyini də qeyd edib: “Heyətimiz geniş deyil. Ehtiyat qüvvəmiz azdır. Hər məşqçi komandada rəqabətin artmağını istəyər. Oyunçular rəqabət olduqca öz üzərində işləyib artırırlar. Komandaya yeni hücumçunun qoşulacağı gözlənilir”.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir