22 iyun 2026. Bazar ertəsi

İstədiyimiz oyunu sərgiləyə bilmirik - Elmar Baxşıyev


İstədiyimiz oyunu sərgiləyə bilmirik - Elmar Baxşıyev

"Çətin oyun olacağını bilirdik. Rəqib də fasilədən sonra ilk oyunda uduzmuşdu. Bu gün öz meydanında çıxış edirdi. Qış fasiləsində bəzi dəyişikliklər oldu. Yeni transferlər komandaya gec qoşulduğu üçün istədiyimiz oyunu sərgiləyə bilmirik. Amma komandanın potensialı var. İnanıram ki, uğurlu nəticələr əldə edəcəyik".

Corner.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 16-cı turunda səfərdə "Sabah"a 2:3 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, komandanın psixologiyasının yerində olduğunu bildirib: "Sadəcə, ani diqqətsizlik oldu. Qolları standart vəziyyətlərdən buraxdıq. İlk hissədə də yaxşı epizodlarımız var idi. Amma dəyərləndirə bilmədik. Günahı Ülvi İsgəndərovda görmürəm. Çünki komanda tək Ülvidən ibarət deyil. Digər oyunçuların da imkanları var idi".







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı