22 iyun 2026. Bazar ertəsi

Görünür, belə qismət idi - Tərlan Əhmədov


Görünür, belə qismət idi - Tərlan Əhmədov

“Keşlə”nin baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Səbail”ə evdə 0:1 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. Corner.az xəbər verir ki, o, əvvəlcə bu mövsüm ilk dəfə doğma “ASK Arena”da keçirdikləri matç haqda danışıb.

- İlk oyundan sonra öz meydanımızda həyəcan daha çox hiss olunurdu. İlk dəqiqələrdən oyunumuzu çətinliklə tapırdıq. Rəqib bizi əks-hücumlardan tuturdu. İstədiyimiz oyunu qura bilmirdik. Şanslarımız da oldu. Bu gün qismət bizim tərəfimizdə deyildi. Hələ çox görüləsi işlərimiz var. Kristavao hələ tam uyğunlaşa bilməyib. Komandaya irad da bildirə bilmirəm.

- Növbəti turda “Neftçi” ilə qarşılaşırsınız. Bu məğlubiyyətin komandaya mənfi təsiri ola bilərmi?

- Futbolda məğlubiyyət də var. İlk turda udmuşduq, o demək deyil ki, bütün matçlarda qələbə qazanacağıq. Görünür, belə qismət idi.

- “Keşlə”nin sanki “Səbail”lə oyunu alınmır...

- Bütün dünya futbolunda belə proseslər olur. Arzuolunmaz komandalar olur.

- Qeydə alınmayan qol epizoduna baxmısınız?

- Xeyr, baxmamışam. Bundan sonra baxmağın nə xeyri? Əlinə dəyibsə, heç nə.

- Murad Ağayevin transferinə niyə razılıq verdiniz?

- Murad əvəzedici heyətə çağırılıb. Onun əsas komandaya aidiyyatı yoxdur. Düzdür, bizimlə məşq edir. Amma oynayacaqsa, əvəzedicilərdə oynayacaq.







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı