8 may 2026. Cümə

Heyif ki, alınmadı - Füzuli Məmmədov


Heyif ki, alınmadı - Füzuli Məmmədov

"Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov Azərbaycan Premyer Liqasının 16-cı turunda “Qarabağ”la qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransı keçirib. Corner.az xəbər verir ki, o, əvvəlcə matç haqda danışıb.

- Bilirdik ki, necə komandaya qarşı oynayacağıq. Rəqibin gücündən danışmağa ehtiyac yoxdur. Güclü komandadır. Oyuna ciddi hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Azarkeşlər bizdən hər zaman bunu gözləyirlər. Heyf ki, alınmadı. Onlar hər zaman qələbəyə layiqdirlər. Sabah “Forza Neftçi”nin ad günüdür. İnanıram ki, qarşıdakı oyunlarda onları sevindirəcəyik.

- Qapı xəttindəki dəyişiklik nə ilə bağlı idi?

- Bizim iki təcrübəli qapıçımız var, hər ikisinə güvənməliyik. Aqil Məmmədov Türkiyədəki toplanış zamanı da özünü yaxşı tərəfdən göstərmişdi. Sadəcə, seçimimizi bu gün belə etdik.

- İlk hissədə Stiven Jozef-Monrozu 2 dəfə məşq etməyə göndərdiniz. Dario Frederikonu əvəzləmək istəyirdiniz?

- Dario taktiki gediş var idi ki, onu başa düşmürdü. Amma getdikcə vəziyyəti düzəltdi.

- Qol üçün nə çatmadı?

- Qol vurmaq istəyirdik. Namiq Ələskərovun epizodunda bir az dəqiqlik çatmadı. Üstəlik, “Qarabağ”ın müdafiəçiləri də yaxşı oynadı.

- Bu heyətlə çempion ola bilərsiniz?

- Bu, futboldur. Futbolçularla aramızda uyğunlaşma önəmlidir. Zamanla bu məsələni daha yaxşı düzəldəcəyik.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi