22 aprel 2026. Çərşənbə

Təəssüf ki, mübarizəsiz təslim olduq - Zaur Həşimov


Təəssüf ki, mübarizəsiz təslim olduq - Zaur Həşimov

"Geniş danışası bir şey yoxdur. Pis olan odur ki, evdə böyük hesabla uduzduq. Təəssüf ki, mübarizəsiz təslim olduq. Ən böyük problem budur. Turnir cədvəlinə baxanda hazırda 5-ciyik, kubokda isə yarımfinal oynayacağıq. Təslim olmaq fikrimiz yoxdur. Bu oyuna görə hansı tədbirlər lazımdırsa, komandanın içində özümüz görəcəyik".

Corner.az-ın məlumatına görə, bunları "Zirə"nin baş məşqçisi Zaur Həşimov evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

39 yaşlı mütəxəssis bildirib ki, ən böyük problem komandanın son 2 oyunda 3 dəfə qırmızı vərəqə almasıdır: "Yəqin, qələbə istəyi çoxdur. Hər iki matçdan əvvəl belə söhbətimiz olub. Elə mövqedəyik ki, hər an irəli gedə və geri düşə bilərik. Bu da uşaqları təzyiq altında saxlayır. Ancaq nə olur-olsun, ona rəvac vermir ki, bu qədər çox cəzalanan olsun".

Həşimov oyunun gedişində "Zirə" azarkeşlərinin onu istefaya səsləməsinə də münasibətini açıqlayıb: "Azarkeşin istefa tələb etməsi normaldır. Onlar qələbə gözləyirlər. Səhv etmirəmsə, “Zirə”də 14-cü oyunumuz idi, 4-cü dəfə uduzduq. Təslim olmayacaq və sona kimi mübarizə aparacağıq. Azarkeşlərin istefaya çağırmasını normal qəbul edirəm. Çünki qələbə gözləyirlər. Onlara deyəsi bir söz yoxdur".(report)







Misli Premyer liqa

Premyer Liqada son 10 mövsümün rekordu
  • Misli Premyer liqa
  • 11:48 20.04.2026
Premyer Liqada son 10 mövsümün rekordu
100-cü sülh
  • Misli Premyer liqa
  • 11:04 20.04.2026
100-cü sülh
25-ci səfər qələbəsi, 10-cu böyük hesab
  • Misli Premyer liqa
  • 10:43 20.04.2026
25-ci səfər qələbəsi, 10-cu böyük hesab