8 may 2026. Cümə

Biz Barselona deyilik - Sopiç


Biz Barselona deyilik - Sopiç

"70-75 dəqiqə gözəl oynadıq. 90 dəqiqə yüksək səviyyədə oynaya bilmərik. Biz "Barselona" deyilik. Bura gələndən 70-75 dəqiqə oynadığımız oyun ən yaxşısı idi. Rəqibin formada olduğunu bilirdik. Yarımmüdafiəçiləri güclü idi. Onların ötürmə ilə oynamalarına icazə vermək istəmirdik".

Corner.az-ın məlumatına görə, bu sözləri  "Sabah" komandasının baş məşqçisi Jelko Sopiç  səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.

Xorvatiyalı mütəxəssis hər iki qolda Amadu Diallonun iştirakına diqqət çəkib: "Hiss etdik ki, sol cinahdan yaxşı hücum edə bilərik. Diallo oyunda fərqlilik yaratdı. Digər 2 əvəzetmə haqqında bunu deyə bilməzdim. Heyətdə 3 limit var idi. Kim özünü göstərsə, onlar da oynayacaq. Lazım gəlsə, 5 gənc də oynadarıq".

Bəhlul Mustafazadə və Təmkin Xəlilzadənin sarı vərəqə limitini aşmaları səbəbindən oynamadıqlarını deyən Sopiç komandasındakı bütün futbolçuları eyni gözlə gördüyünü bildirib: "Adı olub, heç nə etməyən oyunçunu neynirəm?".







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi