17 mart 2026. Çərşənbə axşamı

Qəbələ'nin baş məşqçisindən məğlubiyyət şərhi


Qəbələ'nin baş məşqçisindən məğlubiyyət şərhi

“Qış fasiləsindən sonra nəticələrimiz alınmır. Lakin oyun planında komandadan razıyam. Sadəcə, yenilərə müəyyən vaxt lazımdır ki, uyğunlaşsınlar”.

Corner.az-ın məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətlər müdafiəçilərlə bağlı yox, komanda şəklində müdafiə oluna bilməmələri və İbrahima Niassenin yerini doldura bilməmələri ilə bağlıdır:

“Yenilər gec qoşulduqları üçün hələ oyunumuzu tapmamışıq. İlk gündən hücum futbolu oynamağa çalışmışıq. Fəlsəfəmiz budur. 90 dəqiqə ərzində müdafiədə oturmaq və bir hücuma bel bağlamaq da olmaz”.

Baxşıyev Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasının işini normal qiymətləndirib: “Sadəcə, öz oyunçularıma iradım var. Öz konsentrasiyalarını itirir və lazımsız vərəqələr alırlar”.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi