11 may 2026. Bazar ertəsi

Neftçi'nin baş məşqçisindən qələbə şərhi


Neftçi'nin baş məşqçisindən qələbə şərhi

“Çətin olacağını bildyimiz üçün oyuna ciddi hazırlaşmışdıq və rəqibi bütünlüklə analiz etmişdik. Necə oynayacaqlarını bilirdik. Qurduğumuz plan və futbolçuların meydanda tapşırıqları maksimum yerinə yetirməsi, əzmkarlığı qələbə ilə nəticələndi. Bu qələbəni 90 dəqiqə bizi dəstəkləyən azarkeşlərə həsr edirik”.

Corner.az-ın  məlumatına görə, bunu “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov evdə “Keşlə”yə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

Gənc mütəxəssis bu postda çalışdığı 3 oyunun hər birində hücum xəttində müxtəlif gedişlər etməsinin səbəbini belə izah edib:

“Oyunları analiz edirik. Hansı matçlarda səhv cəhətlər olduqda ona uyğun kimin daha hazırlıqlı olduğunu nəzərə alıb heyəti qururuq. Mən bura yeni gəlmişəm. Düzdür, komandanın içində idim və futbolçuların potensialını bilirəm. Amma deməzdm ki, bu, onların tam potensialıdır. İşləyəcəyik və daha yaxşı futbol sərgiləməyə çalışacağıq”.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi