8 avqust 2026. Şənbə

Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı


Azərbaycan çempionatında mövsümün rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında mövsümün məhsuldarlıq rekordu yenilənib.

Corner.az-ın məlumatına görə, bu, 17-ci tura təsadüf edib. Hesabat turunda qapılara 17 top vurulub. Ən çox qol "Zirə" - "Qarabağ" matçına təsadüf edib - 0:6. Ən az qol isə "Sabah"ın səfərdə "Sumqayıt"a 2:1 hesabı ilə qalib gəldiyi oyunda qeydə alınıb.

Daha iki matçda qapılara 4 qol vurulub. "Səbail" evdə "Qəbələ"ni, "Neftçi" isə "Keşlə"ni eyni hesabla yenib - 3:1. Qollardan yeddisini meydan sahibləri, onunu isə qonaqlar vurublar. Beləliklə, orta hesabla hər oyun qapılardan 4,25 top keçib.

Əvvəlki rekord 12-ci tura təsadüf edib - 16 qol. Bu turda "Neftçi" evdə "Qəbələ"ni 4:1, "Zirə" "Keşlə"ni 3:1, "Sumqayıt" isə "Qarabağ"ı 2:1 hesabı ilə üstələyib. "Sabah" isə səfərdə "Səbail"ə 1:3 hesabı ilə qalib gəlib. Orta məhsuldarlıq isə 4-ə bərabər olub.







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı