11 may 2026. Bazar ertəsi

Keşlə'nin yubiley məğlubiyyəti


Keşlə'nin yubiley məğlubiyyəti

“Keşlə” klubu Azərbaycan çempionatlarında 150-ci məğlubiyyətini alıb.

Corner.az xəbər verir ki, yubiley uğursuzluğu Premyer Liqanın 17-ci turuna təsadüf edib.

Səfərdə “Neftçi”yə 1:3 hesabı ilə məğlub olan “Keşlə” 150-ci dəfə meydandan xalsız ayrılıb. Bu, əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış etmiş klubun 562-ci oyununa təsadüf edib. Bakılılar evdə 56, səfərdə 94 dəfə məğlub olub.

Qeyd edək ki, “Keşlə” ilk məğlubiyyətini 1999/2000 mövsümündə alıb. 1999-cu il oktyabrın 29-da “Xəzər Universiteti” debüt oyununda evdə “Şəfa”ya 0:1 hesabı ilə uduzub.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi