8 avqust 2026. Şənbə

AFFA Cavid Hüseynova 4 oyunluq cəza verdi


AFFA Cavid Hüseynova 4 oyunluq cəza verdi

AFFA İntizam Komitəsi "Zirə"nin futbolçusu Cavid Hüseynovu 4 oyunluq cəzalandırıb. 

Corner.az-ın məlumatına görə, 32 yaşlı yarımmüdafiəçi Premyer Liqanın 17-ci turunda evdə "Qarabağ"a 0:6 hesabı ilə uduzduqları görüşün 67-ci dəqiqəsində hakimi təhqir edib və birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Qəsəbə təmsilçisi bu səbəbdən 3200 manat məbləğində cərimələnib. 

Komitə "Qəbələ"nin futbolçusu Fernan Lopezə isə bir oyunluq cəza kəsib. 25 yaşlı ispaniyalı yarımmüdafiəçi "Səbail"ə 1:3 hesabı ilə uduzduqları görüşdə ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Əyalət təmsilçisi bunun üçün 200 manat ödəyəcək. 







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı