11 may 2026. Bazar ertəsi

Mənim üçün şərəf olardı - Sezar Meza Kolli


Mənim üçün şərəf olardı - Sezar Meza Kolli
"Keşlə”nin yarımmüdafiəçisi Sezar Meza Kolli Azərbaycan Premyer Liqasının 18-ci turunda "Zirə" ilə keçirilən oyundan sonra brifinq keçirib.
 
Corner.az saytının məlumatına görə, paraqvaylı futbolçu 4:0 hesabı ilə qalib gəldikləri görüşü dəyərləndirib. Jurnalistlərin suallarını cavablandıran Sezar eyni zamanda milliləşdirilməsinə də aydınlıq gətirib:
 
- Yəqin nəticədən məmnun qaldınız...
- Çətin oyun idi. Bu matça hazırlaşmaq üçün bir həftə ərzində yaxşı məşq etdik. Bacardığımızı ortaya qoyduq.
 
- "Zirə" ötən turda "Qarabağ"a 0:6 hesabı ilə məğlub olmuşdu. Rəqibin psixoloji cəhətdən toparlanmaması hiss olunurdu?
- Onların hansı formada olması bizim üçün maraqlı deyildi. Çünki özümüzün hansı formada olmağımız daha önəmli idi.
 
- Azərbaycan vətəndaşlığı almaq təklifi sizdən, yoxsa AFFA-dan gəldi?
- Hələ heç nə baş verməyib, baxacağıq. Hazırda yalnız "Keşlə"də məşq edirəm. Daha sonra nə olacaq, bilmirəm.
 
- Vətəndaşlığı hələ almamısınız?
- Xeyr. Azərbaycanda çox xoşbəxtəm. Məsələnin necə bitəcəyini hələ bilmirəm.
 
- Bəs nə vaxt dəqiqləşəcək?
- Bu barədə yalnız AFFA bilir. Mən xəbərsizəm.
 
- Azərbaycan millisində oynamaq istəyiniz var?
- Mənim üçün şərəf olardı. Çünki uzun müddətdir ki, burdayam, Azərbaycanda özümü yaxşı hiss edirəm, xoşbəxtəm.
 
- Azərbaycan millisi elə də güclü komanda deyil. Yığmaya hansı köməyiniz dəyə bilərmi?
- Mən əlimdən gələnin ən yaxşısını edirəm. Millinin yeni baş məşqçisi təyin olunduqdan sonra bu məsələləri o daha yaxşı biləcək. Millidə oynayıb-oynamayacağımla bağlı kimin qərar verəcəyini deyə bilmərəm. Yeni baş məşqçi məni yığmada görmək istəsə, məmnuniyyətlə qəbul edəcəyəm.







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi