5 noyabr 2026. Cümə axşamı

Maksim Medvedev 300-ə çatdı


Maksim Medvedev 300-ə çatdı

Azərbaycan Premyer Liqasının 18-ci turu “Qarabağ”ın futbolçusu Maksim Medvedev üçün yubileylə əlamətdar olub.

Corner.az xəbər verir ki, 30 yaşlı müdafiəçi ölkə çempionatlarının yüksək liqasında 300-cü matçını keçirib.

Bu, “Sumqayıt”la ev oyununa (1:0) təsadüf edib. Maksimin debütü 2006/07 mövsümündə gerçəkləşib. O, 14-cü mövsümü keçirdiyi Premyer Liqada yalnız bir klubda çıxış edib. Medvedevin hesabında 10 qol var.







Misli Premyer liqa