17 mart 2026. Çərşənbə axşamı

Bordin danışdı: Azərbaycan klubları heç vaxt...


Bordin danışdı: Azərbaycan klubları heç vaxt...

“Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin Moldova mətbuatına müsahibə verib.

Corner.az xəbər verir ki, 55 yaşlı mütəxəssis “Şerif”də çalışdığı dönəmdə “Qarabağ”a qarşı oyun haqda fikirlərini bildirib:

“Avrokuboklarda yaxşı təcrübəsi olan bir komanda ilə oynamışdıq. Yadınızdadırsa, bundan sonra Çempionlar Liqasının qrup mərhələsinə yüksəldilər. İlk görüşdə uduzmamağımıza baxmayaraq, bizim üçün çox çətin oldu. Düzünü deyim, heç-heçəni qazanmaq üçün çox çalışmalı olmuşduq. Evdə isə “Qarabağ” daha yaxşı idi. Ancaq cavab oyununda iki yaxşı imkan əldə etmişdik. Onlardan istifadə etsəydik, hər şey fərqli ola bilərdi. Çünki irəli çıxacaqdılar və rəqibi əks hücumlarda tuta bilərdik. Lakin səhvlərimiz ucbatından qol buraxdıq və sonra da nə baş verdiyi məlumdur”.

Bordin Azərbaycanda işlədiyi dönəmdən də açıqlama verib. O, “Neftçi”yə seçdiyi üçün peşman olmadığını bildirib:

“Heç vaxt peşman olmamışam. "Neftçi"nin də yaxşı cəhətləri var. Avropa Liqasının təsnifat mərhələsində  güclü “Arsenal”ı (Tula)  məğlub etdik.  Azərbaycan klubları heç vaxt Rusiya komandalarına qalib gələ bilməmişdi. Biz buna nail olduq. Moldovadakı işimə gəlincə, düşünürəm ki, “Şerif” mənə çox şey verdi. Məni belə bir komandaya dəvət etdikləri üçün rəhbərliyə həmişə minnətdaram. Kim bilir, bəlkə gələcəkdə yollarımız yenə kəsişəcək və yenə birlikdə işləyəcəyik. Bu həyatda hər şey mümkündür”.

Qeyd edək ki, “Qarabağ” 2017-ci ildə Çempionlar Liqasının II təsnifat mərhələsində “Şerif”lə evdə heç-heçə (0:0) etsə də, səfərdə 2:1 hesabı ilə qalib gəlmişdi.(matc)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi