11 may 2026. Bazar ertəsi

Sırf qapıçıya görə uduzuruq deyə bilmərəm - Ağabala Ramazanov


Sırf qapıçıya görə uduzuruq deyə bilmərəm - Ağabala  Ramazanov

"Qəbələ" ilə oyun barədə danışılacaq çox şey yoxdur. Həm bizim, həm də rəqib üçün qələbə vacib idi. Onlar da ardıcıl neçə oyundur ki, məğlub olurdular. Matçın mahiyyətini başa düşürdük. İstəkli tərəf biz idik. Amma oyunun gedişatı başqa cür alındı. Hər iki hissə tamam fərqli idi. Qələbə qazanmağımız üçün nələrsə, çatmadı".

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə"nin futbolçusu Ağabala Ramazanov Premyer Liqanın XIX turunda evdə "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyun barədə danışarkən deyib.

27 yaşlı hücumçu qəsəbə təmsilçisinin 4 oyuna 14 qol buraxmasına da münasibət bildirib. Oyunçu qapıçı Orxan Sadıqlının çıxışı barədə isə çox danışmaq istəməyib: "Hamımız bunun əsas səbəbkarıyıq. Məğlubiyyət də, qələbə də bütün kollektivindir. Səhvləri kiminsə üstünə yıxmaq düzgün olmaz. Bu gün uduzuruqsa, hamımız uduzuruq. Orxanın çıxışı barədə heç nə deyə bilmərəm. Mən də futbolçuyam, o da bizim qapıçımızdır. Sırf Orxana görə uduzduq deyə bilmərəm. İnsandır, o da səhv edə bilər".

Ramazanov komanda olaraq bir-birilərini yaxşı başa düşdüklərini söyləyib: "Qara zolaq"a düşmüşük. Bu durumdan bizi ancaq bir qələbə xilas edə bilər. Klubda heç maddi problem belə yoxdur. Hər şey qaydasındadır. Bu vəziyyətə düşmüşük və çıxmaq lazımdır. Əlimizi qolumuzu sallayıb gözləməli deyilik ki, uduzuruq məğlub ola-ola gedək. Mənim xarakterimdə belə bir şey yoxdur. Əlimi qolumu sallayıb gözləyə bilmərəm. Hər gün məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışırıq. Hazırlaşırıq ki, vəziyyətdən çıxaq. Bu duruma biz düşmüşük. Növbəti tur "Səbail"lə oyunda da qələbə qazanmaq istəyirik. Pis vəziyyətdən çıxmalıyıq".

Qeyd edək ki, martın 8-də keçiriləcək "Səbail" - "Zirə" oyunu saat 16:00-da başlayacaq. 







Misli Premyer liqa

Premyer Liqada 200-cü oyun
  • Misli Premyer liqa
  • 12:12 11.05.2026
Premyer Liqada 200-cü oyun
Mövsümdə 2-ci dəfə
  • Misli Premyer liqa
  • 11:57 11.05.2026
Mövsümdə 2-ci dəfə
İkinci ispaniyalı
  • Misli Premyer liqa
  • 11:52 11.05.2026
İkinci ispaniyalı
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
  • Misli Premyer liqa
  • 11:46 11.05.2026
21-ci mükafatçı, Avropada 23-cü təmsilçi
“Neftçi” “Şamaxı”ya şans vermədi
  • Misli Premyer liqa
  • 22:34 10.05.2026
“Neftçi” “Şamaxı”ya şans vermədi