15 avqust 2026. Şənbə

Zaur Həşimovdan qələbə şərhi


Zaur Həşimovdan qələbə şərhi

“Son turlar "Səbail" inamlı çıxış edirdi. Biz isə 4 turdur qələbə qazana bilmirdik".
 
Corner.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Səbail"lə oyundan sonra mətbuat konfransında deyib.

O, 3:1 hesablı qələbəni belə şərh edib: "Oyuna yaxşı başladıq, amma sonra təşəbbüsü əldən verdik. Fasilədən sonra yenidən oyunda əlaqələri qaydasına saldıq və qələbə qazana bildik".

Z.Həşimov oyuna sonradan daxil olaraq qol vuran  Şafik Tiqrudjaya qış fasiləsindən sonra az şans verməsindən danışıb. O,  fransalı yarımmüdafiəçi ilə heç bir probleminin olmadığını bildirib: "Sadəcə, uzun müddətdir zədəli idi, sağaldı, amma yenidən xəsarət aldı. İndi tədricən sıraya dönür".







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib