15 avqust 2026. Şənbə

Oyundan razıyam, hesabdan yox - Aftandil Hacıyev


Oyundan razıyam, hesabdan yox - Aftandil Hacıyev

"Hər iki komanda oyuna ciddi hazırlaşmışdı. Matçı iki hissəyə bölərdim. İlk yarıda təşəbbüsə sahib olduq. Fasilədən sonra rəqib təşəbbüsü ələ keçirdi. Oyundan razıyam, hesabdan yox".

Corner.az xəbər verir ki, bu sözləri "Səbail"in baş məşqçisi Aftandil Hacıyev Premyer Liqanın 20-ci turunda evdə "Zirə"yə 1:3 hesabıyla uduzduqları görüşdən sonra mətbuat konfransında deyib.

O, daha sonra görüş haqda bunları bildirib: "Elçin Rəhimli ilk hissədə yaxşı oynadı. Onu gec əvəzlədiyimi düşünmürəm. Rəqib praktiki olaraq bütün qol şanslarından istifadə etdi. Hər oyunu yüksək səviyyədə keçirmək mümkün deyil. Fasiləyədək epizodlarımızı gerçəkləşdirə bilsəydik, ikinci 45 dəqiqə fərqli bir istiqamətdə keçərdi".







Misli Premyer liqa

“Araz-Naxçıvan”dan daha iki transfer
  • Misli Premyer liqa
  • 16:43 14.08.2026
“Araz-Naxçıvan”dan daha iki transfer
“Şəfa” braziliyalı hücumçu transfer edib
  • Misli Premyer liqa
  • 17:36 12.08.2026
“Şəfa” braziliyalı hücumçu transfer edib