8 may 2026. Cümə

Premyer Liqamızın oyunları da azarkeşsiz keçiriləcək


Premyer Liqamızın oyunları da azarkeşsiz keçiriləcək

Azərbaycan Premyer Liqasının növbəti iki turunun oyunları azarkeşsiz baş tutacaq.

Corner.az PFL-in saytına istinadən xəbər verir ki, kronavirusun yayılma təhlükəsini nəzərə alan qurum martın 14-15-də keçiriləcək 21-ci və martın 21-22-də təşkil olunacaq 22-ci turun görüşlərinin boş tribunalar önündə keçirilməsini məqsədəuyğun sayıb.

Üçüncü dövrənin son turu çərçivəsində martın 14-də “Qarabağ” – “Qəbələ” və “Sabah” – “Keşlə”, ertəsi gün “Sumqayıt” – “Səbail” və “Neftçi” – “Zirə” matçları keçiriləcək.

Dördüncü dövrə isə martın 21-dəki “Zirə” – “Sumqayıt” və “Səbail” – “Keşlə” qarşılaşmaları ilə başlayacaq. Ertəsi gün “Neftçi” – “Qarabağ” və “Qəbələ” – “Sabah” matçları tamaşaçısız keçiriləcək.

Birinci divizionun isə 19 və 20-ci turunun oyunları azarkeşsiz olacaq.

PFL prezidenti Ramin Musayevin imzaladğı əmrə əsasən oyunun keçirilməsinə cavabdeh olan şəxslərin, eləcə də KİV nümayəndələrinin PFL vəsiqələrini təqdim etdikləri halda stadiona buraxılması təmin olunacaq. Əmrdən irəli gələnlərin həyata keçirilməsini meydan sahibi komanda təmin etməlidir.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi