8 avqust 2026. Şənbə

UEFA Qarabağ'ı çempion kimi tanıya bilər


UEFA Qarabağ'ı çempion kimi tanıya bilər

UEFA koronavirusla bağlı problem uzanacağı halda öz ölkələrinin liderləri olan komandaları çempion kimi tanıya bilər.

Corner.az "AS" nəşrinə istinadən xəbər verir ki, qitənin ali futbol qurumu hazırda dayanan liqaların liderlərinin çempion kimi tanınması məsələsinə baxır.

Qeyd olunub ki,  UEFA-nın sabah milli federasiyalarla keçirəcəyi videokonfrans zamanı bununla bağlı məsələ müzakirə ediləcək.

Turnirlər davam etdirilməyəcəyi təqdirdə, hazırkı liderləri öz ölkələrinin çempionu elan etmək variantı təklif ediləcək. Avropa Liqasında   iştirak edəcək komandalar da oxşar şəkildə müəyyənləşəcək. Belə bir hadisə Yuqoslaviyada müharibə olan zaman baş vermişdi. Həmin vaxt "Partizan" əvvəlcədən çempion elan edilmişdi.

Ancaq Avro-2020 bir mövsümlük təxirə salınsa, təklif edilən ideyalar müzakirə mövzusu olmayacaq və çempionatlar bu yay başa çatdırılacaq.

Qeyd edək ki, hazırda Azərbaycan Premyer Liqasında "Qarabağ" 8 xal fərqi ilə liderdir. UEFA-nın təklifi qəbul ediləcəyi halda, "Qarabağ" da mövsüm başa çatmadan çempion kimi tanına bilər.

Əlavə edək ki, hazırda Azərbaycan Premyer Liqası ən azı 1 aylıq dayandırılıb.(qol)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı