8 avqust 2026. Şənbə

Azərbaycanda heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb - Anton


Azərbaycanda heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb - Anton

"Hər zaman ölkə xaricində çıxış etmək istəmişəm. Sadəcə, getmək üçün indiyə qədər konkret təklif olmamışdı. Qış fasiləsində isə "Zirə"dən dəvət aldım. Transferim üçün ən çox israr edən məhz bu klub oldu".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Zirə" klubunun moldovalı futbolçusu George Anton ölkəsinin mətbuatına müsahibəsində deyib.

Yeni komandası barədə danışan 27 yaşlı müdafiəçi bildirib ki, oyunlarına çoxlu azarkeş gəlir: "Zirə" gənc və iddialı klubdur, ev oyunlarını Bakıdan 40 km kənarda yerləşən Zirə qəsəbəsində keçirir. Amma məşqlərimiz Bakı Olimpiya Stadionunda olur. Azarkeşlərə gəlincə, oyunlarımıza həqiqətən çox insan gəlir. Bununla yanaşı, onlar bizi əla dəstəkləyirlər. Maliyyə baxımından da heç bir problem yoxdur".

Antonun sözlərinə görə, Azərbaycanda özünü yaxşı hiss edir: "Bakıda bir mənzildə yaşayıram. Yevgeni Koçukla ünsiyyət qururam. İndi isə ailəm mənimlə birlikdədir. Boş vaxtlarımı yaxınlarımla keçirirəm. "Zirə"də artıq 6 oyunda meydana çıxmışam. Ölkə futbolu inanılmazdır. Hamı bir-birini uda bilər. "Qarabağ"ı saymasaq, bütün komandaların səviyyəsi eynidir. Hazırda turnir cədvəlində vəziyyət elədir ki, istənilən klubun avrokuboklara düşmək şansı var".

Koronavirusla bağlı Azərbaycandakı vəziyyətdən də söz açan futbolçu bütün lazımi təhlükəsizlik tədbirlərinin görüldüyünü vurğulayıb: "Artıq 4 gündür məşq etmirik. Qızımın getdiyi uşaq bağçası da bağlanıb. Hamı vəziyyətin düzəlməsini gözləyir. Amma heç kimin küçəyə çıxmasına qadağa qoyulmayıb. Hələlik həyat adi qaydada davam edir. Virusdan qorunmaq üçün vaxtımın çox hissəsini ailəmlə birlikdə evdə keçirirəm. Belə mürəkkəb vəziyyətdə nə isə etmək çətindir".







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı