16 mart 2026. Bazar ertəsi

"Qəbələ"dən "Neftçi"yə: "Yollarda qalmışdım"


"Qəbələ"dən "Neftçi"yə: "Yollarda qalmışdım"

"Qəbələ"nin qapıçısı Aqil Məmmədov karyerasını yenidən "Neftçi"də davam etdirəcək.

Corner.az xəbər verir ki, bu barədə qol.az-a açıqlamasında qolkiper özü məlumat verib. O bildirib ki, artıq paytaxt klubu ilə razılıq əldə edib. Yaxın günlərdə tərəflər arasında 1,5 illik müqavilə imzalanacaq:

"Neftçi"yə keçidim dəqiqləşməsə də, artıq klubla anlaşmışam. İl yarımlıq müqavilə bağlayacağam. Amma hələlik məsələ rəsmiləşməyib. Çünki "Qəbələ"dən transfer vərəqəsini almamışam. İnanmıram ki, nəsə problem çıxsın. Sağ olsunlar, qərarımı anlayışla qarşıladılar. Yanvarın 6-na kimi hər şey məlum olacaq".

Məmmədov "Qəbələ"dən ayrılmasının səbəbini də açıqlayıb: "Daimi oynamadığım üçün bu addımı atdım. Düzdür, "Neftçi"də də əsas heyətə düşmək asan olmayacaq. Çünki orada da Səlahət kimi qapıçı var. Digər səbəb isə “Qəbələ”nin bölgə klubu olmasıdır. Rayon yeridir, məsafə uzaqdır. Həm orda, həm burda olurduq, yollarda qalmışdım. Başqa bir problem yox idi. Sağ olsunlar, hər şey yaxşı idi".

Qeyd edək ki, 2015-2016-cı illərdə də "Neftçi"nin formasını geyinən Aqil ötən mövsümün fasiləsində paytaxt klubuna keçsə də, bir neçə gün sonra yenidən "Qəbələ"yə qayıtmışdı.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi