22 iyun 2026. Bazar ertəsi

Qorxulu günlər yaşayırıq - Vaqner da Silva


Qorxulu günlər yaşayırıq - Vaqner da Silva

"Bakıda məktəblər üç həftədir ki, bağlıdır. Ticarət mərkəzləri işləmir, restoranlar məhdud saatlarda açıqdır".

Corner.az-ın məlumatına görə, bu fikirləri "Qarabağ"ın qapıçısı Vaqner da Silva "Globoesporte" nəşrinə açıqlamasında deyib.

34 yaşlı qolkiper koronavirusa görə Bakıdakı vəziyyətlə bağlı danışıb. Braziliyalı oyunçu küçələrdə insanların az olduğunu və ölkədə bir çox uçuşların ləğv edildiyini sözlərinə əlavə edib: "Qorxulu günlər yaşayırıq. Bunlardan əlavə İran Azərbaycanla həmsərhəddir, Çin və İtaliya ilə birlikdə koronavirusa görə ölüm hadisəsinin çox olduğu ölkələrdən biridir".

Qapıçı çempionatın təxirə salındığını və hazırda evdə olduğunu vurğulayıb: "İşə qayıda biləcəyimiz üçün ikinci əmri gözləyirik. Bu pandemiyadan xəbərdar olmaq və hamının yaxşılığı barədə düşünmək vacibdir. Mən ölkəmdən çox uzaqdayam və ümid edirəm ki, Braziliyada lazım olan addımlar atılır. İnanıram ki, bu virus Braziliyada o qədər də güclü bir şəkildə yayılmır, hər şey yaxşı ola bilər. Orada ailə üzvlərim var, dua edirəm ki, virus tezliklə keçsin və normal həyata qayıda bilək. Çox şey gücümüzdən asılıdır və əminəm ki, Allahın köməyi ilə hər şey qısa müddətdə normallaşacaq".

Qeyd edək ki, "Qarabağ" Azərbaycan Premyer Liqasında 20 turdan sonra 45 xalla liderdir. Vaqner da Silva 2018-ci ilin yayından Ağdam təmsilçisinin formasını geyinir. 







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı