20 sentyabr 2026. Bazar günü

Keşlə I Divizion klubu ilə qarşılaşacaq


Keşlə I Divizion klubu ilə qarşılaşacaq
“Keşlə” komandasının qış fasiləsində yoxlama oyunu keçirəcəyi daha bir rəqibi müəyyənləşib.

Corner.az klubun mətbuat xidmətin istinadən xəbər verir ki, yanvarın 5-də Bakıda təlim-məşq toplanışına başlayacaq Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv 4 gün sonra I Divizion təmsilçisi “Qaradağ-Lökbatan”la qarşılaşacaq.

Matçın Türk Hava Yolları Futbol Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Qeyd edək ki, “Keşlə” yanvarın 12-də Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaq. Orada iki həftə ərzində 4 oyunun keçirilməsi nəzərdə tutulub. Paytaxt təmsilçisi yanvarın 17-də Qazaxıstan “Okjetpes”i, 23-də Rumıniya “Konkordiya”sı, 25-də isə Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib hələ məlum deyil.






Misli Premyer liqa

150-ci qol
  • Misli Premyer liqa
  • 11:17 15.09.2026
150-ci qol
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol
  • Misli Premyer liqa
  • 11:05 15.09.2026
Tarixdə 4-cü, səfərdə 10-cu, 20-ci qol