24 oktyabr 2024. Cümə axşamı

Bu, oyun ola bilməz - Ağabala Ramazanov


Bu, oyun ola bilməz - Ağabala Ramazanov

"Karantin dövrü mənə həyatım boyu öyrəşmədiyim günləri yaşadır. Darıxdırıcıdır, amma riayət etmək borcumuzdur. Çünki bunlar özümüz və ailəmiz üçün atılmış addımlardır".

Corner.az xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında "Zirə" klubunun futbolçusu Ağabala Ramazanov koronavirusla necə mübarizə aparması barədə danışarkən deyib.

O bildirib ki, infeksiyaya yoluxmamaq üçün bütün mümkün qoruyucu vasitələrdən istifadə edir: "Açığı, evdən çox çıxmıram. Harasa gedəndə də maska, əlcək, spirt, bir sözlə, hamısından istifadə edirəm".

27 yaşlı hücumçunun sözlərinə görə, virusu ciddiyə almamaq doğru deyil: "Belə bir infeksiyanın olduğuna şübhə etmirəm. Hər gün gözümüzün qabağında minlərlə insan dünyasını dəyişir. Bu, oyun ola bilməz. İnanmaq, ailəmizi, özümüzü qorumaq lazımdır".

Hazırda Avrasiya materikində yalnız Belarus və Tacikistanda futbol çempionatları keçirilir. A.Ramazanov "Bu ölkələrdən təklif alsanız, gedib oynayarsınız" sualına belə cavab verib: "Hələ futbol haqqında o qədər də fikirləşmirəm. Ümid edirəm ki, tezliklə bütün dünya bu virusdan canını qurtaracaq. Ondan sonra karyera barədə düşünməyə dəyər".

Təcrübəli futbolçu Koronavirusla Mübarizəyə Dəstək Fonduna pul köçürmədiyini də əlavə edib.







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir