22 iyun 2026. Bazar ertəsi

Qəbələ'nin legioneri koronavirusa görə ölkəsinə qayıtdı


Qəbələ'nin legioneri koronavirusa görə ölkəsinə qayıtdı

"Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə vətəni İspaniyaya yollanıb.

Corner.az xəbər verir ki, bu barədə klubun prezidenti Fariz Nəcəfov məlumat verib.

O bildirib ki, 25 yaşlı yarımmüdafiəçi ailə vəziyyəti ilə əlaqədar ölkəsinə gedib: "Lopeslə gündəlik təmasdayıq. Hazırda o, ailəsi ilə bərabərdir və hər şey qaydasındadır".

F.Nəcəfovun sözlərinə görə, son günlər daha bir neçə legioner futbolçu ölkəsinə qayıtmaq istədiyini bildirib: "Amma indiki halda bu, bir qədər mümkünsüz görünür. Klubumuzun bütün üzvlərinə evdə qalmağı və digər insanlarla maksimum az təmasda olmağı tövsiyə etmişəm".

Qeyd edək ki, İspaniya (140 510) ABŞ-dan (367 659) sonra koronavirusa ən çox vətəndaşının yoluxduğu ikinci ölkədir.(report)







Misli Premyer liqa

"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı
“Zirə” braziliyalı qapıçı transfer etdi
  • Misli Premyer liqa
  • 19:40 20.06.2026
“Zirə” braziliyalı qapıçı transfer etdi
“Zirə” Ayron Qomislə vidalaşdı
  • Misli Premyer liqa
  • 18:33 20.06.2026
“Zirə” Ayron Qomislə vidalaşdı