24 oktyabr 2024. Cümə axşamı

Əliyevdən Kanalesə qədər


Əliyevdən Kanalesə qədər

Azərbaycan Premyer Liqasının cari mövsümünün bombardirləri cəmi 7 qol vurub.

Corner.az-ın məlumatına görə, Stiven Monroz və Baqali Dabo (hər ikisi "Neftçi"), Mahir Emreli ("Qarabağ"), Peyman Babayi ("Sumqayıt") çempionatın ən məhsuldar oyunçularıdır. 

Onların məhsuldarlığı ölkə çempionatları tarixində təsadüf olunan göstəricilərlə müqayisədə çox aşağıdır. İlk milli çempionatlarda komandalar daha çox oyun keçirsələr də, oyun sayındakı fərq qol sayındakı fərqlə müqayisədə daha azdır.

Bir mövsümdə ən çox qol vuran futbolçu Nazim Əliyevdir. O, 1992-ci ildə 39 dəfə rəqib qapılarına yol tapıb. Bunun üçün Əliyevə 33 matç kifayət edib. Onun orta məhsuldarlığı 1,18-ə bərabər olub. Cari mövsümün bombardirlərində isə bu rəqəm 0,37 - 0,47 aralığında dəyişir. Bu isə təxminən üç qat fərqdən xəbər verir.

Elə həmin – 1992-ci il mövsümündə bombardirlər yarışında ikinci olan Samir Ələkbərovun göstəricisi də sonrakı illərdə əlçatmaz olub. 30 və daha çox qol vuran 5 oyunçu arasında Qurbanov qardaşları – Musa və Qurban da yer alıb. Onlar müvafiq olaraq 35 və 34 dəfə fərqləniblər. 30 qol vuran digər oyunçu isə ilk çempionatın üçüncüsü Mehman Allahverdiyevdir.

Ümumilikdə isə ölkə çempionatları tarixində 10 dəfə hər hansı futbolçu 25 və daha çox qol vurub. Nazim Əliyevlə Samir Ələkbərov hamıdan çox - hərəyə 2 dəfə bunu bacarıb. 10 belə hadisədən 6-nın müəllifi “Neftçi”nin üzvü olub.

25 və daha çox qolun vurulmasına 9 dəfə ötən əsrdə təsadüf olunub. Yalnız bir futbolçu bunu XXI əsrdə gerçəkləşdirib. Bu, “Neftçi”də 26 qol vuran Nikolas Kanalesdir.

Bir mövsümdə 25 və daha çox qol vuran futbolçular

1992. Nazim Əliyev (Xəzər S) - 39

1992. Samir Ələkbərov (Neftçi) - 36

1993/94. Musa Qurbanov (Turan) - 35

1996/97. Qurban Qurbanov (Neftçi) - 34

1992. Mehman Allahverdiyev (Kəpəz) - 30

1992. Yunis Hüseynov (Neftçi) - 29

1993/94. Fazil Pərvərov (Kəpəz) - 29

1994/95. Nazim Əliyev (Neftçi) - 26

2012/13. Nikolas Kanales (Neftçi) - 26

1996/97. Samir Ələkbərov (Neftçi) - 25







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir