8 may 2026. Cümə

İdman mediası adından hökumətə müraciət olundu


İdman mediası adından hökumətə müraciət olundu

Son vaxtlar bütün dünyanı bürüyən koronavirus pandemiyası səbəbindən dövlətimiz öz vətəndaşlarını qorumaq üçün bir sıra mühüm addımlar atmaqdadır. Bu tədbirlər arasında şübhəsiz ki, ən önəmlisi karantin rejiminin tətbiqidir. Karantin müddətində ölkəmizdə, eləcə də dünyada bütün idman yarışlarının ləğvi və təxirə salınması idmanı işıqlandıran media qurumlarının da işini çətinləşdirib".

Corner.az xəbər verir ki, bu fikirlər Azərbaycan İdman Jurnalistləri Federasiyasının (AİJF) Nazirlər Kabinetinə müraciətində yer alıb. Baş nazirə ünvanlanan məktubda qeyd edilib ki, hazırda kütləvi oxucu auditoriyasını itirən idman mediası maliyyə çətinliyi ilə üzləşməkdədir. Əməkdaşların əmək haqqını ödəməkdə çətinlik çəkən idman qəzetləri və saytlarının bu çətin dövrdə fəaliyyətini davam etdirməsi üçün Hökumətin dəstəyinə ehtiyac var.

Federasiyanın prezidenti, Əməkdar jurnalist Qabil Mehdiyev müraciətə müsbət cavab veriləcəyinə ümidvar olduğunu qeyd edib. Bildirib ki, Hökumət karantin dövründə idman mediasını DSMF ödənişləri və vergilərdən azad etməklə bu sahəyə dəstək ola bilər. Buna görə də, 1 aprel 2020-ci il tarixdən idman yarışları bərpa edilənədək, ölkədə fəaliyyət göstərən idman KİV-lərinin DSMF ödənişləri və vergilərdən azad edilməsi məsələsinə baxılması Nazirlər Kabinetindən xahiş olunub.







Misli Premyer liqa

“Neftçi”dən inamlı qələbə
  • Misli Premyer liqa
  • 17:53 05.05.2026
“Neftçi”dən inamlı qələbə
60-cı qol
  • Misli Premyer liqa
  • 10:59 05.05.2026
60-cı qol
Mövsümün rekordu təkrarlandı
  • Misli Premyer liqa
  • 10:54 05.05.2026
Mövsümün rekordu təkrarlandı
Mövsümdə 3-cü, tarixdə 10-cu
  • Misli Premyer liqa
  • 10:34 05.05.2026
Mövsümdə 3-cü, tarixdə 10-cu
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
  • Misli Premyer liqa
  • 21:25 04.05.2026
“Qarabağ” “Turan Tovuz”u məğlub etdi
“Zirə” “Qəbələ”ni məğlub etdi
  • Misli Premyer liqa
  • 20:33 03.05.2026
“Zirə” “Qəbələ”ni məğlub etdi