24 oktyabr 2024. Cümə axşamı

Qəbələ maaşımı azaltsa, bunu anlayışla qarşılayaram


Qəbələ maaşımı azaltsa, bunu anlayışla qarşılayaram

"Hazırkı vəziyyət klublar üçün asan deyil. Bu səbəbdən, maaşlar azaldılsa, anlayışla qarşılayaram".

Corner.az xəbər verir ki, bu fikirləri "Qəbələ"nin futbolçusu Fernan Lopes koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmasına münasibət bildirərkən deyib.

İspaniyalı yarımmüdafiəçi klubunun belə bir addım atmayacağına inandığını vurğulayıb: "Bilirəm ki, "Qəbələ" maaşımızı tam ödəmək üçün mümkün olan hər şeyi edəcək. Amma bunu etmək mümkün olmasa, klubu başa düşməli və dəstəkləməliyik"

"Qəbələ" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq 25 yaşlı futbolçu karyerasını Azərbaycanda davam etdmirməyin əleyhinə olmadığını da vurğulayıb: "Klub müqaviləmi daha bir il uzatmaq imkanına malikdir. İdman karyeramda hər şeyin ən yaxşısını arzulayıram. Bu, Azərbaycanda olacaqsa, qalacağam".

Lopes "Başqa təklifləriniz varmı" sualına isə belə cavab verib: "Bu işlərlə menecerim məşğul olur. Hazırda "Qəbələ"dən başqa heç bir komanda barədə düşünmürəm".

Qeyd edək ki, Fernan Lopes koronavirus pandemiyası ilə əlaqədar ailəsindən narahat olduğu üçün vətəni İspaniyaya yollanıb. (report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir