24 oktyabr 2024. Cümə axşamı

Rəşad təklif etdi ki, dəstək olaq - Maksim Medvedev


Rəşad təklif etdi ki, dəstək olaq - Maksim Medvedev

"Karantin günləri mənim üçün bir az darıxdırıcı keçir. Çünki bu həyat tərzinə öyrəşməmişəm. Həmişə hərəkətdə olmağa üstünlük vermişəm". 

Corner.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Maksim Medvedev deyib. 

31 yaşlı müdafiəçi bütün bunlara baxmayaraq, hazırkı duruma öyrəşdiyini bildirib: "Evdə bəzi təmir işlərini edir və övladlarımla çoxlu vaxt keçirirəm. Birlikdə idman edirik, uşaqlar onlayn dərsdə iştirak edirlər, playstation və kart oynayırıq. Axşamlar isə ailəmlə birlikdə cizgi filmlərinə baxırıq, sonra da yatırıq".

Təcrübəli oyunçu koronavirusdan qorunma yollarını açıqlayıb: "Virusdan qorunmaq üçün çox şey lazım deyil. Gigiyenaya üstünlük verir və kənar adamlarla az ünsiyyətdə oluram. Sağlam qida qəbul edirəm ki, immunitetim güclü olsun".

Medvedev "Qarabağ" klubunun futbolçularının Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat ianə etmələri ilə bağlı isə bunları bildirib: "Həmişə imkan olduqca insanlara yardım edirik. Kapitanımız Rəşad Sadıqov zəng vurdu və təklif etdi ki, koronavirusa qarşı mübarizədə dəstək olaq, mən də razılıq verdim. Digər yoldaşlarımız da razılaşdılar, pulu yığdıq və fonda köçürdük".

Təcrübəli oyunçu Azərbaycan Premyer Liqasında hazırkı mövsümün ləğv olunma variantına da münasibət bildirib. Müdafiəçi "Mövsüm ləğv olunsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə ədalətli nəticə olarmı" sualına belə cavab verib: "İstərdim ki, çempionat gec olsa belə, axıra kimi oynanılsın. Bütün klublar eyni fikirdə olsalar, avrokuboklara vəsiqələri hazırkı mövqelərə görə bölüşdürmək olar. Kimsə narazı olsa, bu cür bölgü aparmaq mümkün deyil. Düzgün qayadada daha yaxşı olar". 

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə aprelin 14-dək dayandırılıb. (Report)







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir