8 avqust 2026. Şənbə

Azərbaycan çempionatı mayın sonlarından tez bərpa olunmayacaq


Azərbaycan çempionatı mayın sonlarından tez bərpa olunmayacaq

"Bizim 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa olunsa, bu, yəqin ki, mayın sonları - iyunun əvvəllərindən tez baş verməyəcək". 

Corner.az-ın məlumatına görə, bunu "Səbail" klubunun qapıçısı Aleksandr Rıbka "zbirna.com"a müsahibəsində deyib. 33 yaşlı qolkiper hamının Premyer Liqanın bərpasında maraqlı olduqlarını vurğulayıb: "UEFA bəyan edib ki, çempion və mükafatçılarını indidən müəyyənləşdirən ölkələr avrokuboklardan kənarlaşdırıla bilər. "Qarabağ" və "Neftçi" kimi klublar üçün qitəmiqyaslı yarışlarda iştirak maliyyə baxımından sərfəlidir. Ona görə də burada hamı çempionatın bərpasında və sona çatdırılmasında maraqlıdır". 

Ukraynalı legioner karantin dövründə klubda maaşların azaldılma söhbətinin olmadığını da açıqlayıb. 

Qeyd edək ki, Aleksandr Rıbka "Səbail"də 2019-cu ilin yanvarından çıxış edir.








Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı