8 avqust 2026. Şənbə

Panikaya düşmürəm, amma diqqətli olmalıyıq


Panikaya düşmürəm, amma diqqətli olmalıyıq

"Günümü evdə ailəmlə birlikdə keçirir, sağlamlığımı qorumaq üçün kiçik məşqlər etməyə çalışıram. Məşqçilərin verdiyi plan üzrə də çalışmalar yerinə yetirirəm. Boş vaxtlarımda ən çox filmlərə baxıram".

Corner.az xəbər verir ki, bu fikirləri "Sabah"ın futbolçusu Kevin Kubemba deyib.

27 yaşlı hücumçu koronavirusa görə panikaya düşmədiyini bildirib: "Hazırkı vəziyyətə görə panikaya düşmürəm, sadəcə, diqqətli olmalıyıq. Hökümətin bizə verdiyi bütün tapşırıqlara əməl etməliyik".

Fransalı oyunçu ölkəsində koronavirusa yoluxanların sayının çoxluğundan xəbərdar olduğunu sözlərinə əlavə edib: "Bunun niyə belə olduğunu bilmirəm. Hələ ki, tanıdığım insanlardan bu xəstəliyə yoluxan olmayıb. Ümid edək ki, hər şey yaxşı olacaq".

Kubemba artıq zədəsini sağaltdığını vurğulayıb: "Karantin elan olunmamışdan öncə komanda ilə birlikdə məşqlərə başlamışdım. Lakin oyuna çıxacaq səviyyədə tam formaya düşməmişdim". 

Qeyd edək ki, Kevin Kubemba 2019-cu ilin yayında "Sabah"la 2 illik müqavilə imzalayıb. Azərbaycan Premyer Liqası koronavirusa görə dayandırılıb. (report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı