8 avqust 2026. Şənbə

Maaşın azaldılması mənim üçün problem deyil - Rauf Əliyev


Maaşın azaldılması mənim üçün problem deyil - Rauf Əliyev

"Demək olar ki, bütün günü evdəyəm. Arada ərzaq üçün çölə çıxıram".

Corner.az xəbər verir ki, bu fikirləri "Səbail"ın futbolçusu Rauf Əliyev deyib. 

31 yaşlı hücumçu hazırkı durumun onun üçün darıxdırıcı olduğunu bildirib: "Evdə çox qalmaq çətindir, amma qaydalara riayət etmək lazımdır. Mən də digərləri kimi virusdan qorunmaq üçün nə lazımdırsa, edirəm". 

Əliyev çempionatın ləğvi və belə olacağı təqdirdə avrokuboklara vəsiqənin necə müəyyənləşdirilməsi barədə də fikirlərini bölüşüb: "Premyer Liqanın davam etməsini istəyirik, amma indiki vəziyyətdə hər şeyin ne olacağını heç birimiz bilmirik. Çempionat ləğv olunarsa, hazırkı pillələr üzrə avrokuboklara vəsiqə, məncə, doğru deyil".

Forvard koronavirus pandemiyasına görə bəzi klubların oyunçuların məvaciblərini azaltmaq ehtimalına da münasibət bildirib: "Necə məsləhət görəcəklərsə, elə də edəcəyik. Maaşın azaldılması mənim üçün problem deyil. Rəhbərlik nə məsləhət bilsə, onu da edəcəyəm".

Mövsümün sonunda klubla müqaviləsi başa çatan Əliyev bildirib ki, "Səbail"də hər şey onun üçün yaxşıdır: "Qismət olarsa, karyerama burada davam etmək istəyirəm".

Qeyd edək ki, Rauf Əliyev bu ilin əvvəlində qış transfer dönəmində "Neftçi"dən "Səbail"ə keçib.(report)







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı