17 mart 2026. Çərşənbə axşamı

Onun rəhbərliyi altında oynamaqdan zövq alırdım - Qeye


Onun rəhbərliyi altında oynamaqdan zövq alırdım - Qeye

“Devid Moyes mənim üçün ata kimi idi”.

Corner.az-ın məlumatına görə, bu sözü “Qarabağ”ın futbolçusu Maqaye Qeye “The Toffee Blues” nəşrinə açıqlamasında deyib.

30 yaşlı hücumçu İngiltərə “Everton”unda çıxış etdiyi dönəmdən danışıb. Qeye baş məşqçiləri David Moyesin onunla sərt rəftar etdiyini söyləyib: “Amma o vaxt səbəbini bilmirdim, indi başa düşürəm. Çünki mənə güvənir, mənə inamını bu cür göstərirdi. Düşünürəm ki, o, məndə bir istedad görürdü. Bu səbəbdən, hər zaman arxamda idi. Moyesi ata kimi görürəm, o isə mənimlə oğlu kimi davranırdı”.

Forvard 57 yaşlı mütəxəssisin “Everton”dan ayrılmasının ona pis təsir etdiyini vurğulayıb: “Moyes komandadan gedəndə mənim üçün hər şey dəyişdi. Məyus oldum, çünki o məni istədiyi üçün komandaya gəlmişdim”.

Hücumçu Moyesdən sonra “Everton”a rəhbərlik edən Roberto Martines barədə də fikirlərini bölüşüb: “Martines də yaxşı insan idi. Martinesə qarşı pis nəsə hiss etmirəm, amma öz oyunçularını komandaya gətirdi və tamam başqa futbol istədi. Demirəm ki, bu, mənim futbolum deyildi, amma Moyesin rəhbərliyi altında oynamaqdan daha çox zövq alırdım. Martines tamamilə fəlsəfəni və oyunçuları dəyişdi, dərhal planlarında olmadığımı söylədi”.

Qeyd edək ki, Maqaye Qeye 2010 – 2014-cü illərdə “Everton”un formasını geyinib. Devid Moyes isə 2002 – 2013-cü ildə bu komandanın baş məşqçisi olub.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi