17 mart 2026. Çərşənbə axşamı

Virusa görə Bakıda dörd divar arasında qalmışam - Kqasvane


Virusa görə Bakıda dörd divar arasında qalmışam - Kqasvane

"Bütün günümü evdə keçirirəm. Noutbukda oyunlar oynayır, filmlərə baxır, musiqiyə qulaq asıram"

Corner.az-ın məlumatına görə, bu fikirləri "Zirə"nin futbolçusu Mfo Kqasvane "Voice Sport"a açıqlamasında koronavirus pandemiyasına görə Azərbaycanda elan olunmuş karantin rejimində məşğuliyyətləri barədə danışrakən deyib.

Botsvanalı hücumçu bildirib ki, darıxmamaq üçün tez-tez dostları və ailə üzvləri ilə danışır: "Müasir texnologiyanın sayəsində doğmalarımla görüntülü əlaqə saxlaya bilirəm. Bu isə onlara ümid verir. Əmin olurlar ki, burada təhlükədə deyiləm".

Hazırda Bakıda tək yaşayan 26 yaşlı forvard Azərbaycan dilini bilmədiyindən əlavə problemlərlə üzləşdiyini söyləyib: "Virusa görə bayıra çıxmaqla bağlı aidiyyatı qurumlara SMS göndərmək üçün tərcüməçidən istifadə edirəm. Azərbaycan dilini öyrənirəm, amma bu, elə də asan deyil".

Botsvana millisinin üzvü günlərinin darıxdırıcı keçdiyini vurğulayıb: "Vətənimdən uzaqda dörd divar arasında qalmışam. Mən futbolçuyam. Oyunlar olmayanda hər şey ölüm kimi darıxdırıcı olur. Ötən ayın ortalarında ölkədə futbol dayandı. Hazırda burada hərəkət məhdudiyyəti var. 28 günlük karantin elan olunub. Küçəyə çıxa bilmirəm. Şəhərdə polislərlə qarşılaşsam, məni cəzalandırarlar. Xoşagəlməz vəziyyətdir və bunun nə qədər davam edəcəyi bilinmir".

M.Kqasvane yalnız alış-veriş etmək üçün evdən çıxdığını bildirib: "Xoşbəxtlikdən binamızın altında market var. Ərzaq lazım olanda qoruyucu palatarımı geyinirəm və alış-verişə gedirəm".

Afrikalı futbolçunun sözlərinə görə, Azərbaycanda karantin elan olunmazdən əvvəl vətəninə qayıtmaq istəyib: "Amma sonra başa düşdüm ki, bu, təhlükəlidir. Çünki birbaşa reys yox idi. Botsvanaya qayıtmaq üçün yüksək riskli ölkələrdən birinə uçmalıydım. Özümü təhüləkəyə ata bilməzdim.Ona görə də özümü Bakıdakı mənzilimdə izolyasiya etməyə və burada qalmağa qərar verdim".

Qeyd edək ki, Mfo Kqasvanenin "Zirə" ilə müqaviləsi cari mövsümün sonunda başa çatmalıdır.







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi