8 avqust 2026. Şənbə

Qarabağ'a keçidimi prezident həll etdi


Qarabağ'a keçidimi prezident həll etdi

"Visla"da çıxış edərkən "Volfsburq" komandası ilə yoldaşlıq görüşündə yaxşı oynayıb qol vurduqdan sonra Almaniya təmsilçisinin nümayəndələri mənim klubumla əlaqə saxladılar. Lakin həmin an yalnız Haiti pasportuna sahib olmağım məni çıxılmaz vəziyyətdə qoydu". 

Corner.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin futbolçusu Donald Gerye "Haiti-Tempo" nəşrinə açıqlamasında deyib.

31 yaşlı yarımmüdafiəçi bildirib ki, Azərbaycanda da ilk dəfə "Qarabağ"la müqavilə imzalaması da eyni səbəbdən çox çətin olub: "Pasport məsələsi işimi asanlaşdırmadı. Məhz buna görə ölkəmizin prezidentinə zəng etdilər ki, məsələnin həllində yardımçı olsun".

Haiti millisinin şərəfini qoruyan sol cinah oyunçusu bu məsələ ilə əlaqədar ölkəsinin rəhbərliyinə müraciət edib: "Milliyə çağırılan futbolçuların diplomatik pasporta sahib olmalarına icazə verin. Bu, onların xaricdə oynamasını asanlaşdıracaq".

Qeyd edək ki, haitili futbolçu 2017 - 2019-cu illərdə "Qarabağ"da çıxış edib. 







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı