8 avqust 2026. Şənbə

Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq - Miçel


Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq - Miçel

“Burada 1100-dən çox insan koronavirusa yoluxub. Aprelin 20-dək evdə qalmalıyıq”.

Corner.az xəbər verir ki, bu fikirləri “Qarabağ”ın futbolçusu Miçel Madeyra Azərbaycandakı vəziyyət barədə “Lavozdeasturias” nəşrinə açıqlamasında deyib.

35 yaşlı yarımmüdafiəçi ehtiyacı olanları almaq üçün gündə yalnız iki saat çölə çıxa bildiklərini söyləyib: “Bunu edərkən sms göndərməliyik. Aprelin 23-də UEFA İcraiyyə Komitəsinin iclası olacaq. Liqaların taleyini həmin vaxt biləcəyik”.

Miçel qaydaların sərt olduğunu və hər şeyin düzələcəyinə ümid etdiyini vurğulayıb.

İspaniyalı legioner ölkəsi barədə də danışıb: “İspaniyadan görmək istədiyim - ölkəmin çox yaxşılaşmasıdır. Ümid edirəm ki, hər şey daha az ölümlə həll olacaq. Məşqə və futbola ən qısa vaxtda qayıtmaq hamımızın istəyidir".

Qeyd edək ki, Azərbaycan Premyer Liqasının oyunları koronavirusa görə dayandırılıb. Miçel Madeyra "Qarabağ"da 2015-ci ildən çıxış edir. 







Misli Premyer liqa

"Zirə" Namik Ələskərovla yollarını ayırdı
  • Misli Premyer liqa
  • 16:52 07.08.2026
"Zirə" Namik Ələskərovla yollarını ayırdı
Rahid Əmirquliyev yenidən "Səbail"də
  • Misli Premyer liqa
  • 15:52 03.08.2026
Rahid Əmirquliyev yenidən "Səbail"də
"Sabah" nigeriyalı vingeri transfer etdi
  • Misli Premyer liqa
  • 23:19 01.08.2026
"Sabah" nigeriyalı vingeri transfer etdi
"Kəpəz" növbəti transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 10:58 30.07.2026
"Kəpəz" növbəti transferini reallaşdırdı