17 mart 2026. Çərşənbə axşamı

Premyer Liqamızın klublarına məşq üçün icazə verilə bilər


Premyer Liqamızın klublarına məşq üçün icazə verilə bilər

"Çempionatın bərpası ilə bağlı Nazirlər Kabineti yanında Operativlə Qərargahla əlaqə saxlamamışıq, onlara hər hansı bir müraciətimiz də olmayıb. Qərargahın verdiyi qanunlar var, bunlar ictimaiyyətə açıqlanıb, biz də riayət edirik”.

Corner.az xəbər verir ki, bu fikirləri Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Aslan Şahgəldiyev deyib.

PFL rəsmisi qurumun AFFA və klublar rəhbərləri ilə daim əlaqədə olduğunu sözlərinə əlavə edib: “Bu məsələlərlə bağlı daim danışıqlar olur. Sadəcə, müzakirə olunanları ictimaiyyətə açıqlamırıq”.

Şahgəldiyev karantin müddəti uzadılandan sonra komandalara məşq üçün icazə verilməsi məsələsinə də münasibət bildirib: “Hər şey ola bilər, bütün məsələlər müzakirə olunur. Sadəcə müzakirə olunanları açıqlamaq istəmirik. Nazirlər Kabinetinin qəbul edəcəyi qərarlardan çox şey asılıdır. Aprelin 20-dən sonra karantin müddətinin uzadılacağı və hansı müəssisələrə işləmək üçün icazə veriləcəyi deyiləcək. Yəqin ki, qadağalar aradan qalxsa, müəyyən güzəştlər olacaq. Biz də Operativ Qərargahın tələb və tövsiyələrini yerinə yetirməliyik”.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında fasilənin müddəti qeyri-müəyyən müddətədək uzadılıb.(report)







Misli Premyer liqa

Premyer Liqada 300-cü, tarixdə 400-cü
  • Misli Premyer liqa
  • 11:44 16.03.2026
Premyer Liqada 300-cü, tarixdə 400-cü
“Neftçi”nin 150-ci penaltisi
  • Misli Premyer liqa
  • 11:00 16.03.2026
“Neftçi”nin 150-ci penaltisi
Musa “100”ə çatdı
  • Misli Premyer liqa
  • 10:44 16.03.2026
Musa “100”ə çatdı
Tarixdə 9-cu
  • Misli Premyer liqa
  • 10:22 16.03.2026
Tarixdə 9-cu
Qərb derbisində qalib müəyyənləşmədi
  • Misli Premyer liqa
  • 16:57 15.03.2026
Qərb derbisində qalib müəyyənləşmədi
“Sabah” “İmişli”ni darmadağın etdi
  • Misli Premyer liqa
  • 18:12 14.03.2026
“Sabah” “İmişli”ni darmadağın etdi