22 iyun 2026. Bazar ertəsi

UEFA Azərbaycan klublarına pul ödəyəcək


UEFA Azərbaycan klublarına pul ödəyəcək

UEFA Avropa klublarına maliyyə yardımı edəcək. 

Corner.az-ın məlumatına görə, bu barədə qurumun İcraiyyə Komitəsi qərar qəbul edib.

Qərara əsasən, UEFA bayrağı altındakı yarışlara qatılan 55 milli asssosiasiyanın 676 klubuna 70 milyon avro ödəniləcək.

Bildirilib ki, qurum vəsaiti AVRO-2020-nin pley-off oyunlarından sonra federasiyaların hesabına köçürməyi planlaşdırsa da, koronavirus pandemiyası ilə bağlı klubların üzləşdiyi maliyyə çətinliyindən sonra qərarını dəyişib.

Məbləğin 50 milyon avrosu oyunçularını pley-off mərhələsində iştirak etməyən 39 milli komandaya göndərmiş klublara veriləcək.

17,7 milyon avro oyunçuları pley-off iştirakçısı olan 16 yığmaya dəvət alan klubların hesabına köçürüləcək. Buraya pley-off matçlarına görə ödəniləcək məbləğ daxil deyil.

Yerdə qalan 2,7 milyon avro isə payızda pley-off qarşılaşmaları başa çatdıqdan sonra paylanılacaq.







Misli Premyer liqa

"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
  • Misli Premyer liqa
  • 15:26 22.06.2026
"Qarabağ" iki futbolçusu ilə vidalaşdı
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
  • Misli Premyer liqa
  • 12:48 22.06.2026
"İmişli" Lətif Rzayevlə yollarını ayırdı
"Araz-Naxçıvan"dan növbəti transfer
  • Misli Premyer liqa
  • 11:39 22.06.2026
"Araz-Naxçıvan"dan növbəti transfer
"Qarabağ" beşinci transferini reallaşdırdı
  • Misli Premyer liqa
  • 20:55 21.06.2026
"Qarabağ" beşinci transferini reallaşdırdı