24 oktyabr 2024. Cümə axşamı

Sabah'ın hücumçusu karyerasını başa vurdu


Sabah'ın hücumçusu karyerasını başa vurdu

"Sabah"ın hücumçusu Marko Deviç futbolçu karyerasını başa vurub.

Corner.az-ın məlumatına görə, bu barədə Ukraynalı futbolçu "Futbol1" telekanalına müsahibəsində bildirib. O, Azərbaycan təmsilçisi ilə müqaviləsinin başa çatdığını və artıq özünü peşəkar futbolçular sırasında görmədiyini bildirib.

Deviç vida matçının olmayacağını da diqqətə çatdırıb: "Bu barədə düşünmişəm. Vida matçımı Xarkovda keçirmək istərdim. Amma yəqin ki, koronavirus pandemiyasına görə belə bir oyun olmayacaq. Halbuki vida oyunu mənim üçün olduqca vacibdir".

37 yaşlı forvard söyləyib ki, karyerasının ən uğurlu dövrü 2006/2012 və 2013/2014 mövsümlərində çıxışetdiyi Ukrayna "Metallist" ilə bağlıdır: "Şadam ki, gözlədiyimdən artığına nail ola və xüsusilə Xarkov azarkeşlərini sevindirə bilmişəm. Uğurlarımın böyük hissəsi bu şəhərlə bağlıdır".

Təcrübəli oyunçu hazırda məşqçi təhsili aldığını da əlavə edib: "Hələlik oxuyuram. Bu sahədə qeyri-müəyyənlik var. Məşqçi və ya futbol agenti olmağım mümkündür. Hələlik bu iki məsələ beynimdə dolaşır". 

Qeyd edək ki, Serbiya əsilli ukraynalı futbolçu daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib







Misli Premyer liqa

“Qarabağ”dan yeni rekord
  • Misli Premyer liqa
  • 12:49 19.10.2024
“Qarabağ”dan yeni rekord
Futbol üzrə I Liqada 5-ci tura start verilib
  • Misli Premyer liqa
  • 19:50 16.10.2024
Futbol üzrə I Liqada 5-ci tura start verilib
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
  • Misli Premyer liqa
  • 10:58 14.10.2024
Samir Abasov "Sumqayıt"dan ayrıldı - RƏSMİ
Mesut Özil "Zirə"nin qonağı olub
  • Misli Premyer liqa
  • 16:35 12.10.2024
Mesut Özil "Zirə"nin qonağı olub
"Turan Tovuz"un yeni bazası tikilir
  • Misli Premyer liqa
  • 13:26 12.10.2024
"Turan Tovuz"un yeni bazası tikilir