6 dekabr 2025. Şənbə

Sabah Deviçlə yollarını ayırdı - RƏSMİ


Sabah Deviçlə yollarını ayırdı - RƏSMİ

"Sabah" klubu futbolçusu Marko Deviçlə yollarını ayırıb. 

Klubun mətbuat xidmətindən verilən məlumata görə, Ukrayna yığmasının sabiq hücumçusu ilə müqavilə koronavirus pandemiyası səbəbindən başa çatıb.  

"Koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimi tətbiq olunmağa başlayanda Marko Deviç klub rəhbərliyinə müraciət edərək ölkəsinə, ailəsinin yanına yollanmaq istədiyini bildirmişdi. Onun bu istəyinə müsbət cavab verilmişdi. Futbolçu ilə klub rəhbərliyi arasında belə bir razılaşma olmuşdu ki, xüsusi karantin rejiminin vaxtı uzadılacağı halda, onun müqaviləsi uzadılmasın. Bu razılaşmaya əsasən, artıq Deviçin “Sabah”la müqavilə müddəti bitib. Markoya kluba verdiyi xidmətlərə görə təşəkkür edir, ona gələcək fəaliyyətində uğurlar arzulayırıq", - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Serbiya əsilli Marko Deviç daha əvvəl 2018/2019 mövsümündə "Sabah"da çıxış edib. (report)







Misli Premyer liqa

Məhsuldarlıq antirekordu
  • Misli Premyer liqa
  • 10:57 05.12.2025
Məhsuldarlıq antirekordu